AZ

Damarlarını doğradığı deyilən uşaqla bağlı açıqlama

Bakıda zorakılığa məruz qaldığı iddia edilən uşaq sığınacağa yerləşdirilib.

Day.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin feysbuk hesabında paylaşım edilib. 

İddiaya görə, uşağın anası övladını tanıdığı bir şəxsə (40-50 yaş) təhvil verib. Ana həmin şəxsə azyaşlı qızına qarşı istədiyi cür davrana biləcəyini deyib: "Zəhra (ad şərtidir) 1 ay onun yanında qalıb. Kişi daha sonra azyaşlıya bədənini sat, pulu birgə bölərik deyib. Bu sözləri eşidən uşaq qollarını doğrayıb, daha sonra Bakıya gəlib".

Paylaşımda qeyd olunub ki, həmin azyaşlını Abşeron Rayon Polis İdarəsinin əməkdaşları xilas edib. Həmçinin, uşağın hazırda sığınacaqda psixoloji yardım aldığı bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli saytımıza bildirdi ki, yetkinlik yaşına çatmayan həmin şəxs bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən Xırdalan şəhərində baxımsız vəziyyətdə aşkar olunaraq sığınacağa yerləşdirilib: "Onda olan xəsarətlərlə bağlı ekspertiza təyin edilib və araşdırmalar aparılır".

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla