AZ

Zurabişvili mübahisəli qanuna veto qoyacağını bəyan etdi

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o Zurabişvili BBC-yə açıqlamasında deyib.

“Avropa İttifaqının strategiya və tövsiyələrinə zidd olan digər qanunlara münasibətdə olduğu kimi, bu qanuna veto qoyacağam”, - deyə Zurabişvili müsahibəsində qeyd edib.

Bununla belə, Zurabişvilinin sözlərinə görə, parlament çoxluğu onun vetosunu da ləğv edəcək. Buna baxmayaraq, prezident hesab edir ki, vetodan istifadə edilməlidir ki, “xalqın səsi eşidilsin”.

Bundan əvvəl Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini təsdiqləyib. Bunu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə kimi qiymətləndirən Zurabişvili, müxalifətin və Qərb diplomatları etiraz edib. Təşəbbüsün lehinə 83 deputat səs verib.

Nuranə Abbasova 

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla