AZ

Tanınmış rejissor Xəzər TV-ni məhkəməyə verdi


Tanınmış rejissor, aktyor Ramin Hacıyevin rəhbərlik etdiyi “Reji” MMC (VÖEN -3103470821) Xəzər TV-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Reji” MMC 08 iyul 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Masazır, İstiqaliyyət, ev 58, m. 24-də yerləşir.

Elnur Əli
Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla