AZ

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

Bakı, 17 aprel, AZƏRTAC

Moldovanın paytaxtı Kişineuda keçirilən piramida üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan bilyardçıları Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, KİV təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan millisi qitə birinciliyini iki medalla başa vurub. Yığmanın heyətində Tofiq Quliyev qızıl, Niyazi Xələfov isə bürünc medalın sahibi olublar. Yarışda 7 ölkədən 70 idmançı iştirak edib.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla