AZ

“Region Liqası kiməsə asan görünməsin” – Vüqar Nadirov çempionluq yolunda

Region Liqasında çempionluğa can atan komandalardan biri də “Hypers”di.

“Football-plus.az” xəbər verir ki, Vüqar Nadirovun komandası 1/4 finalda “Ağstafa Gəncləri” ilə qarşılaşacaq. Komandanın indiki durumu və sonrakı hədəfləriylə bağlı millinin sabiq oyunçusuyla həmsöhbət olduq:
“Bilindiyi kimi, “Hypers” yeni yaranıb. Klub prezidenti mənə yaxın şəxslərdən olan Ayaz Abdullayevdi. Cəmi üç günə komandanı qurduq. Əziyyətimiz həddən artiq çox oldu. Elə vaxt olub ki, yuyunmağa su, oynamağa stadion, oyunçu tapmamışıq. Bu gün bu yerə gəlməyimizdə rəhbərlikdən tutmuş futbolçuya kimi hər kəsin əziyyəti var. Region Liqası kiməsə asan görünməsin. Bura elə yerdi ki, ajiotaj həddən artıq yüksəkdi. Hələ ki irəliləyirik. Hədəfimizi çempionluqdu. İnşallah, pillə-pillə yüksələcəyik”.


KAMAL SƏFƏR
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla