AZ

Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Bakı. Trend:

Qarabağdakı rus sülhməramlılarının missiyasını tam yerinəyetirilmiş hesab etmək olar.

Trend RusiyaKİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət DumasınınMüdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.

Onun sözlərinə görə, Qarabağda döyüşən tərəflər olmadığından,rus sülhməramlılarına ehtiyac yoxdur.

"Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kimmübahisə etmir", - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyasülhməramlı kontingentinin Qarabağdan çıxarılmasınıtəsdiqləyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlıkontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxmasıprosesini əks etdirən kadrlar yayılsa da, bununla bağlı hər hansıbir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşənXudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəngmonastrını Azərbaycan polisi mühafizə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
85
5
Mənbələr
Şərh ()
Bağla