AZ

Danimarka Baş naziri: Avropadakı HHM sistemlərimizin bir qismi Ukraynaya çatdırılmalıdır

"Avropada havadan müdafiə sistemlərimiz var və onların bir qismi Ukraynaya çatdırılmalıdır."

APA xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen NATO qərargahında mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynaya hava hücumları son aylar intensivləşib və bu hücumlardan qorunmaq üçün Ukraynaya dəstək verilməlidir. Mette Frederiksen vurğulayıb ki, Ukrayna Prezidenti Zelenski Avropa liderlərinə havadan müdafiə sistemləri ilə bağlı dəstəyin verilməsi ilə bağlı çağırış edib.

Danimarka hökumət başçısının sözlərinə görə, bu gün havadan müdafiə sistemlərinə Avropadan çox Ukraynanın ehtiyacı var.

"Ümid edirəm ki, Aİ Şurasının iclasında Ukraynaya havadan müdafiə sistemlərinin çatdırılması ilə bağlı konkret müzakirələrimiz olacaq".

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla