AZ

Rusiyanın xalq artistinin reanimasiyadaürəyi dayanıb


Rusiya Federasiyasının xalq artisti, Moskva Pişik Teatrının banisi Yuriy Kuklaçev əməliyyatdan sonra ürəyinin dayandığını bildirib.


“Medicina” xəbər verir ki, aktyor onu yenidən həyata qaytaran cərrahdan danışıb.


“Məni əməliyyat masasında əlləri qızıl cərrah o dünyadan qaytardı və ürəyimi yenidən işə saldı. Sonra damarlarımı tutan bütün zibili təmizlədi.Ürəyimə 5 stent qoyulub, onların yerini alması üçün vaxt lazımdır. Əgər alınsa, 5 il rahat yaşamaq olar”.


Xatırladaq ki, Kuklaçevin aprelin 12-də 75 illiyinə həsr edilmiş konsertində vəziyyəti pisləşmişdi və onu xəstəxanaya aparıblar. Artistin sözlərinə görə, çıxışı zamanı o bütün emosiya və hisslərini göstərib, buna görə halı pisləşib.Həkimlər ona miokard infarktı diaqnozu qoyub”.


Aygün Musayeva


Seçilən
87
Mənbələr
Şərh ()
Bağla