AZ

Tramp seçkiqabağı sorğuda Baydeni geridə qoyur

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-nin keçmiş prezidenti Donald Tramp amerikalı seçicilərin ölkənin hazırkı rəhbəri Co Baydenə dəstəyi baxımından geridədir.

Redaktor.az xəbər verir ki, bunu "Echelon Insights" tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edir.

Seçicilərdən “2024-cü il prezident seçkiləri bu gün keçirilsəydi namizədlərdən kimə səs verərdiniz" sualına respondentlərin 49%-i Baydeni dəstəkləyəcəyini, 46%-i Trampın lehinə olduğunu bildirib.

Tədqiqatın nəticələrinin statistik səhvi 3,9 faiz bəndi təşkil edir. Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Burada bu il ABŞ-də keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trampı məğlub etdiyi zaman eyni namizədlər arasında mübarizə proqnozlaşdırıla bilər.

Turan İSMAYIL

Seçilən
100
13
Mənbələr
Şərh ()
Bağla