AZ

"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"

"Prezident İlham Əliyevin regionlara səfərləri artıq  ənənəyə çevrilmişdir.  Aprel ayının 16-da cənab Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Cənab Prezident səfər çərçivəsində regionlarda görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Dövlət Başçısının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan deməliyik ki, ölkə Başçısının regionlara mütəmadi səfərləri nəticəsində regionlarda yaşayan əhali Azərbaycan Prezidentinin simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir və bunu yüksək qiymətləndirir".
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
 
Deputat bildirib ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır: "2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Dövlət proqramlarının uğurlu nəticələri bütün reginlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.
 
Bu baxımdan son illər ölkəmizdə həyata keçirilən ifrastruktur layihələri içərisində Şirvan suvarma kanalının çox böyük əhəmiyyəti var. Kanalın təməlqoyma məraismində çıxış edən cənab Prezident kanalın əhəmiyyətini vurğulayaraq, qeyd edib: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.  Şirvan su kanalının əhatə etdiyi ərazidə yaşayan əhalinin həyat şəraiti və məşğulluq imkanları tezliklə daha da genişlənəcək". 
 
İqlim dəyişikliklərinin bütün dünyada ciddi narahatlıq doğuran bir problem olduğunu deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, belə bir vaxtda Şirvan su kanalının təməlinin qoyulması sudan səmərəli istifadə olunması baxımından dövlətimiz tərəfindən atılmış mühüm addımlardan biridir. Əlbəttə ki, dünyanın müxtəlif yerlərində insanların susuzluqla çox ciddi mübarizə apardığını nəzərə alsaq, suya qənaət hər birimizin işidir. Dövlətimiz bu istiqamətdə atdığı addımlarla cəmiyyətimizə və eləcə də, dünyanın bir çox ölkəsinə örnək təşkil edir. 
 
"Dünyada baş verən siyasi katakilizmlər, iqtisadi böhran fonunda Azərbaycanda dinamik inkişaf yüksələn xətlə davam edir. Xüsusilə son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda olduğunu deməyə əsas verir. Əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində insan amili dayanmaqla yanaşı, vətəndaşların maraq və mənafelərinin təmin olunması mühüm əhəmiyyət kəsb edir", - millət vəkili Tamam Cəfərova belə deyib.
 
 
Seçilən
81
Mənbələr
Şərh ()
Bağla