AZ

Füzulidə adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Füzulidə adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 3-nə təyin olunub.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla