AZ

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək".

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, əgər indiyə qədər İsrail və İran bir - birindən istifadə edərək öz siyasi mövqelərini tərəfdaşları yanında gücləndirirdilərsə, son baş verənlər Tel - Aviv və Tehranın dəyişikliklərə məhkum olmasını göstərir.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq. Dünən də qeyd etmişdim ki, baş verənlər fonunda İsrail, ya irəliyə doğru hərəkət edəcək, ya da hazırda olan şansını itirmiş olacaq.Amma unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar".


BiG.Az
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla