AZ

Rusiyanın “Zvezda” telekanalı sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntülərini YAYDI – VİDEO

“Zvezda” telekanalı Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin yeni görüntülərini yayımlayıb.

İnterpress.az xəbər verir ki, qərarı Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin şərh edib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Paşinyanın bu ərazini Azərbaycanın bir hissəsi kimi tanımasının məntiqi nəticəsidir.

“Fakt budur ki, bura Azərbaycan ərazisidir deyən Paşinyan tərəfindən Qarabağ məsələsi həll edildikdən sonra sülhməramlılarımızın mövcudluğu məsələsi birbaşa Azərbaycan rəhbərliyi ilə təmasda həll olundu. Və onların tədricən oradan çıxarılması qərara alınıb”, – Karasin qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla