AZ

Aİ-nin hərbi büdcəsi 2022-ci ildən bəri 20% artıb

Rusiyanın 2022-ci ildə Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə büdcələri 20% artıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə keçirilən Avropa Müdafiə Sənayesi Konfransında bildirib. Onun sözlərinə görə, artım son illərdə bu sahənin az maliyyələşdirilməsi ilə bağlıdır.

“Bizim milli hərbi büdcələrimiz 2022-ci illə müqayisədə 20% artıb və bu vəsaitlər son illərdə hərbi sektorun kifayət qədər maliyyələşdirilməməsini kompensasiya etməyə başlayır”, - deyə Ursula fon der Leyen bildirib. 

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla