AZ

Oliver Kandan Mbappe barədə AÇIQLAMA: "Avropanın ən yaxşı..." - FOTO

"Bavariya"nın keçmiş sədri Oliver Kan Münhen klubunun Kilian Mbappe haqqındakı fikirlərini ictimaiyyətlə bölüşüb.

 

Sfera.az bildirir ki, o, Kilianı Parisdən çıxarmağın mümkün olmadığını deyib:

 

“Kilianı Parisdən çıxarmaq mümkün deyildi. Haalandın isə "Borussiya" ilə müqaviləsində "sərbəst qalma" maddəsi var idi. Bunu nəzərə almasaydıq, klub adına səhlənkarlıq olardı. Biz Avropanın ən yaxşı hücumçularını müəyyən etməli və onlardan hansının bizə yaraşacağını qiymətləndirməli idik”.

 

Xatırladaq ki, Mbappenin 2024-cü ilin fevral ayının ilk həftəsində “Real Madrid”lə müqavilə imzaladığı daha əvvəl bildirilmişdi. Futbolçunun klubla müqaviləsi 5 illikdir. Onun təxmini dəyəri 180 milyon avrodur.

 

Fatimə Lətif

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla