AZ

Paşinyan kəndimizdə sakinlərlə görüşdü: son söhbət aparıldı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş kəndində ermənilərlə  görüşüb.

Ölkə.Az xəbər verir ki, Paşinyan yerli sakinlərə Azərbaycanla sülh prosesini, o cümlədən sərhədin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib.

Kənd camaatının sualını cavablandıran Paşinyan deyib ki, sərhədlərin müəyyənləşməsi zamanı torpaq mübadiləsinin olacağını bildirib.

Görüşdə iştirak edən Laura adlı erməni qadının sözlərinə görə, Nikol Paşinyan bəyan edib ki, torpaq mübadiləsi aparılmalıdır. 

“Bizim sərhədçilər çayın bu tərəfində, onlarınkı isə o tərəfdə olmalıdır. İstədiyimiz bu idi. O bildirib ki, belə bir razılaşma var. Kəndlilər bundan razı qaldılar. Kilsəmizdən 100 metrdən çox aralı məsafə bizə qalacaq və oradan tikanlı məftillər çəkiləcək”, - Laura qeyd edib.

Qeyd edək ki, Paşinyanla görüş qapalı keçirilib və çəkilişə icazə verilməyib.

Mürtəza
Ölkə.Az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla