AZ

Ermənistanda zibillikdə 31 ədəd tank əleyhinə mina AŞKAR EDİLDİ – FOTO

Armavirdəki poliqonda onlarla tank əleyhinə mina aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Bildirilir ki, Armavirdəki poliqonda çox sayda tank əleyhinə mina aşkar edilib.

Fövqəladə vəziyyət siqnalı aprelin 17-də günorta saatlarında daxil olub.

Mənbənin məlumatına görə, istehkamçılar Şaumyan kəndindəki zibillikdə 31 tank əleyhinə mina aşkar ediblər.

Fakta görə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla