AZ

Rusiyanın 14 yaşayış məntəqəsində TƏXLİYƏ ƏMRİ VERİLDİ

Rusiya sel fəlakəti ilə mübarizə aparır.

 

Sfera.az bildirir ki, ölkənin cənubunda, Qazaxıstan sərhədinə yaxın Kurqan vilayətində Tobol çayında suyun səviyyəsi “təhlükəli səviyyə” həddini 8,50 metr keçib. Yerli administrasiyadan verilən açıqlamada son 24 saatda çayda suyun səviyyəsinin 1,23 metr artaraq 8,65 metrə çatdığı bildirilib.

 

Kurqan mərkəzində hər iki saatdan bir təxliyə təbilinin səsləndiyi öyrənilib. Yerli mənbələrə görə, səhər saatlarına qədər bölgədə ən azı 660 evi su basıb. Qeyd olunub ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları daşqın bölgələrində qayıqlarla xilasetmə işləri və ərzaq paylama işləri aparır. Eyni zamanda, İşim çayının suyunun səviyyəsinin qalxması nəticəsində Tümen vilayətində, Kurqan vilayətinin şimalında yerləşən 14 yaşayış məntəqəsində təxliyə əmri verilib. Ötən həftə Orenburq şəhərindən keçən Ural çayında suyun səviyyəsi 11 metri keçib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi son açıqlamada sel fəlakəti ilə mübarizənin davam etdiyi Orenburqda 14 mindən çox evin su altında qaldığı vurğulanıb.

 

Səlahiyyətlilər xəbərdarlıq edib ki, Rusiyanın Ural və Sibir bölgələrində, eləcə də Qazaxıstanın qonşu rayonlarında çaylarda suyun səviyyəsi sürətlə yüksəlir.

 

Günay

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla