AZ

Navalnının xanımı dünyanın 100 ən nüfuzlu adamından BİRİDİR

Rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya “Time” jurnalının dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib.

 

Modern.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnal üçün onun haqqında mətn yazıb.

 

O, ərinin ölümünü öyrəndikdən sonra Navalnayanın Münhen konfransındakı çıxışını xüsusilə xatırlayıb. Harris yazıb ki, o, “böyük cəsarətlə” Rusiya hakimiyyətinin yalanlarını və qəddarlığını pisləyib.

 

"Yuliya Navalnaya indi dünya səhnəsində lider rolunu oynayır. Navalnaya ərinin ədalət və qanunun aliliyi uğrunda mübarizəsini davam etdirəcəyinə söz verib, korrupsiyaya qarşı mübarizə aparanlara və azad, demokratik Rusiyanı müdafiə edənlərə yeni ümidlər aşılayıb. Bununla o, müstəsna fədakarlıq və güc nümayiş etdirir, həmin gündən Münhendə Navalnaya təkcə demokratik dəyərlərin simvolu deyil, həm də onlar üçün cəsarətli bir döyüşçü oldu”, - Harris vurğulayıb.

Seçilən
172
8
Mənbələr
Şərh ()
Bağla