AZ

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyatı barədə danışan 42 yaşlı sənətçi "Sevgilim yoxdur. Uzun müddətdir təkəm. Bəzi sınaqlar oldu, amma sonda qərara gəldim ki, tənhalıq daha yaxşıdır", - deyib.

Simge "Aşkın Olayım" mahnısının uğuru ilə bağlı "Bununla bağlı hər hansı bir səy göstərdinizmi?" sualına cavab verib.

"Mən heç nəyə səy göstərməmişəm. Səy göstərmək mənlik deyil. Milyon dollar xərcləsəydim, İkardiyə o mahnını paylaşdıra bilməzdim. Üstəlik, adam dünya ulduzudur və çox məşhurdur. Ona çatmaq da çox çətindir. Bunu necə edə bilərdim? Qeyri-mümkün görünən şey mümkün oldu. İş o yerə çatıb ki, beş il əvvəl işıq üzü görən mahnı bu gün ən çox dinlənilən mahnıya çevrilib.", -  deyə, sənətçi bildirib.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla