AZ

"İmişli"nin şikayəti qismən təmin olundu

style='margin-bottom:10px;'>

Apellyasiya Arbitraj Tribunalı 1-ci liqada mübarizə aparan "İmişli"nin şikayətini qismən təmin edib.

QOL.az AFFA-nın saytına istinadən xəbə verir ki, tribunal AFFA İntizam Komitəsinin “İmişli” ilə bağlı qərarını dəyişdirib.

Belə ki, 20-ci turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən 2 oyunluq cəza 1 matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib. Futbolçuya 3 ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

"İmişli"nin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

Qeyd edək ki, “Mingəçevir” - “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla