AZ

I Liqa klubunun şikayəti qismən təmin edildi

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 2 oyun cəzalanması, “İmişli” klubunun 150  manat cərimə edilməsi (2023/2024 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 39.1-ci maddəsi) barədə AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarı dəyişdirilib.

Futbolçunun 2 oyunluq cəzası 1-ə endirilib. Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla