AZ

Asif Əliyev doğum gününə görə “Kəpəz” forması “geydi”

Misli premyer-liqasının 30-cu turunun “Səbail” - “Kəpəz” matçından öncə gəncəlilərin baş məşqçisi Adil Şükürov veteran futbolçu Asif Əliyevə “Kəpəz”in formasını təqdim edib.

Bu məsələ ilə bağlı “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq:

“Asif müəllim Gəncə futbolunun yetirməsi və bizim ağsaqqalımızdı. Klubumuz tərəfindən daim veteranlara diqqət göstərilir. Asif müəllim bir müddət öncə doğum gününü qeyd edib. Biz də ona forma hədiyyə etmək istəyirdik. Formanı ona təqdim etməyə cəhd etsək də, alınmadı. Nəhayət, “Səbail”lə matçda Adil müəllim özü təqdim etdi”.

ƏSƏD SEYİDOV
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla