AZ

Ağılasığmaz HƏRƏKƏT: Qadın kredit götürmək üçün banka meyit gətirdi – VİDEO

Braziliyalı qadın meyitini özü ilə banka apardığı mərhum əmisinin adına kredit götürməyə çalışıb.

İnterpress.az xəbər verir ki, Braziliyada Erika adlı qadın mərhum əmisini onun adından istifadə edərək kredit götürmək üçün Rio-de-Janeyrodakı banka aparması ilə gündəmə gəlib.

Videoya çəkilən şok hadisə bir çoxlarını çaşdırıb və sosial media platformalarında geniş müzakirələrə səbəb olub.

Qadın əmisi ilə Rio-de-Janeyrodakı bank filiallarından birinə gələrək qohumu üçün kredit istəyib. Ərizəçi əmisinin adına təcili ehtiyacı olduğu 34 min dollar kredit istəyib. Məsələ burasında olub ki, kişi banka gəlməzdən bir gün əvvəl dünyasını dəyişib və qadın onun meyitini filiala gətirib.

Bank işçiləri polisi axmaq qadını aparmağa çağırıblar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
113
2
Mənbələr
Şərh ()
Bağla