AZ

ABŞ ordusu: İsraili müdafiə etmək üçün 1 milyard dollar xərclənib

Birləşmiş Ştatlar həftəsonu İranın raket hücumu və Yəmən husilərinin keçən ilin oktyabrından etibarən Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarından İsraili müdafiə etmək üçün təxminən 1 milyard dollar xərcləyib.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro bildirib.

O, Senatın Təxsisatlar alt komitəsinin dinləmələrində ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə maliyyəyə ciddi ehtiyacı olduğunu deyib: "İranın yaratdığı ballistik raket təhdidinə qarşı çıxmaq üçün SM-2, SM-6 və həftə sonu SM-3-ü işə saldıq".

ABŞ Hərbi Dəniz Qüvvələrinin raketləri husilərin Qırmızı dənizdə istifadə etdiyi gəmi əleyhinə raketlərdən təxminən 2 dəfə bahadır.


Telegram kanalımız
Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla