AZ

Moskvada sinaqoqa hücuma hazırlaşan şəxs kim olub? - ŞOK TƏFƏRRÜAT

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvanın Otradnoye rayonunda Rusiya Yəhudi İcmaları Federasiyasının Darkei Şalom sinaqoquna hücum planlaşdıran terrorçunu zərərsizləşdirib.

Bu barədə İcmanın rəhbəri ravvin Dovid Karpovu danışıb.

O bildirib ki, cinayətkarın tutulması əməliyyatı Berezovaya xiyabanı küçəsində, sinaqoqun yaxınlığında baş tutub.

"Bizə məlumat verməmişdilər. Buna heç ehtiyac da yox idi. Düşünürəm ki, bu çox sürətli məlumat idi. Bunun texniki cəhətdən necə baş verdiyini bilmirik.

Fikrimcə, kəşfiyyat orqanları görünməz olmalıdır. Nəticə olarkən gözə dəyirlər. Onlarla bağlı heç bir şikayətimiz yoxdur. Bizə gəlincə, onlar indi nə edirlərsə terrorun qarşısını almaq üçün edirlər. Bu, belə də olmalıdır",-deyə ravvin qeyd edib.

Qeyd edək ki, aprelin 11-də Rusiya FTX-si Moskvada yəhudi müəssisəsində gözlənilən terror aktının qarşısının alındığını elan edib.

Bunu Orta Asiya ölkələrindən oln bir şəxs  həyata keçirməyi planlaşdırıb. 2002-ci il təvəllüdlü şəxs müxtəlif cinayətlərə görə öz vətənində cəza çəkib. Daha sonra Rusiyada terror fəaliyyətində iştirak etməkdə təqsirli bilinən şəxslərlə fəal əlaqə saxlayıb, onların təsiri altında qadağan olunmuş beynəlxalq terror təşkilatının ideologiyasını bölüşməyə başlayıb. 

Saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. Terrorçunun yaşadığı yerdə təhlükəsizlik qüvvələri istifadəyə hazır əldəqayırma partlayıcı qurğu aşkar edərək müsadirə edib. O, bombanı döşəyin altında gizlədibmiş.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla