AZ

"İsrail İrana qarşı cavab tədbiri görməyə qərar verib" - Britaniyanın XİN rəhbəri vaxtı açıqladı

İsrail dövləti həftə sonu İrana qarşı hava hücumuna görə cavab tədbirləri görməyə qərar verib.

Azpost.info Reuters -ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə səfəri zamanı bildirib.

Kemeron Qüdsə səfərinin əvvəlində deyib ki, belə görünür İsrail açıq-aşkar hərəkətə keçmək barədə qərar verir.

“Ümid edirik ki, onlar bunu vəziyyətin gərginləşməsinə mümkün qədər az imkan  verəcək şəkildə edəcəklər”, – Kemeron əlavə edib.

İndi Vaşinqton və digər Qərb hökumətləri ümid edirlər ki, İrana qarşı yeni iqtisadi sanksiyalar İsraili İrana cavab tədbirlərinin həcmini məhdudlaşdırmağa inandırmağa kömək edəcək.

Onun sözlərinə görə, Böyük Britaniya G7 ölkələrinin xarici işlər nazirlərinin bu həftə İtaliyada görüşündə İrana qarşı razılaşdırılmış sanksiyaları görmək istəyir.

 

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla