AZ

“Kəpəz”dən daha bir VACİB MƏLUMAT - Növbəti mövsümdə…

Gəncə şəhər stadionunun təmirə bağlanmasından sonra “Kəpəz” yollarda qalıb.

Stadionsuz komanda rəqiblərini məcburiyyətdən Qəbələdə və Tovuzda qəbul edir, “Qarabağ”la Bakıda qarşılaşmağa razılıq vermişdi.

Mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, “sarı-göylər” elitada qalmağı böyük ölçüdə təmin edib. Bu isə ortaya sual çıxarır.

“Kəpəz” Premyer Liqadakı yerini qorusa, növbəti mövsümdə ev oyunlarını hansı stadionda keçirəcək?

Əldə etdiyimiz bilgiyə görə, klub rəhbərliyi gözünü Qəbələ şəhər stadionuna dikib.

“Qəbələ”nin elitada qalmaq şanslarının yox dərəcəsinə endiyini düşünən “Kəpəz” rəsmiləri növbəti mövsümdə rəqiblərini burada qəbul etməyi planlaşdırır.

Təbii ki, AFFA-nın İcraiyyə Komitəsi çempionatda iştirakçı sayının artırılması ilə bağlı yeni qərar çıxarmasa. Bu hal yaşansa, gəncəlilər başqa variantları nəzərdən keçirməli olacaqlar.

Hazırda təmir işləri aparılan Gəncə şəhər stadionunun 2025-ci ilin mayına qədər istifadəyə veriləcəyi gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla