AZ

Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb

Bakı. Trend:

Qazaxıstanda daşqınlarla əlaqədar olaraq 117 mindən çox insantəxliyə edilib.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin MülkiMüdafiə və Hərbi Hissələr Komitəsinin baş zabiti Yerasıl Saipaşbrifinqdə məlumat verib.

"Daşqın dövrünün əvvəlindən indiyədək 117 142 nəfər xilasedilərək təxliyə olunub, bunların 40 833 nəfəri uşaqlardır.Müvəqqəti yerləşdirmə məntəqələrində 6932 nəfər var, bunların 3111nəfəri uşaqdır. İndiyədək qədər 17 547 nəfər öz evlərinə qayıdıb",- o deyib.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb.Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elanolunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çoxtexnika və 16 təyyarə cəlb olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
142
2
Mənbələr
Şərh ()
Bağla