AZ

Türkiyənin İstanbul Universitetinin rektoru ATU-da olub 

Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar Azərbaycan Tibb Universitetində (ATU) olub. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, ilə görüşdə türkiyəli qonağa universitetin tələbələr çün təqdim etdiyi imkanlar, müasir tədris proqramları, əməkdaşların elmi fəaliyyəti, xarici ali məktəblərlə əlaqələr əsnasında həyata keçirilən işlər və s barədə ətraflı məlumat verilib.  

 

Sonra iki universitet arasında mövcud əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin sayının və formatının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. ATU ilə İstanbul Universiteti arasında indiyədək həyata keçirilən mübadilə proqramları, birgə onlayn dərslərin təşkili kimi fəaliyyətlərin  davam etdirilməsi və yeni layihələrin icrasına dair fikirlər səsləndirilib. 

 

Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov, ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla