Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə baxılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacağını bildirib.
O, bu barədə "BBC" televiziyasında məlumat verib.
“Avropa İttifaqının strategiyası və tövsiyələrinə zidd olan digər qanunlara etdiyim kimi, bu qanuna (xarici agentlər haqqında - red.) veto qoyacağam”, - o deyib.