AZ

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Peskov:

Moskva, 17 aprel, AZƏRTAC

Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi iki ölkə liderinin qrafiki səbəbindən hələ ki, razılaşdırılmayıb.

“Həqiqətən də, tarix hələ ki, razılaşdırılmayıb. Səbəb odur ki, bizim ölkədə seçkilər keçirilirdi, daha sonra - indi inauqurasiyaya hazırlıq gedir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da proqramı gərgindir, regional bələdiyyə seçkiləri keçirilirdi, buna görə də bəzən qrafikləri razılaşdırmaq asan olmur, lakin bu, bizim yüksək səviyyədə təmaslardakı hər hansı fasilənin mövcud olması demək deyil”, - deyə Peskov vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla