AZ

Enrike Mbappedən DANIŞDI: "Gəlin gözləyək, özü bu barədə..."

PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappenin gələcəyindən danışıb.

 

Sfera.az bildirir ki, mütəxəssis özünə ünvanlanan suallardan yayınmağa çalışıb:

 

“Gəlin gözləyək, cənab Kilian özü bizə gələcəyi barədə danışsın. Mbappe çıxıb ictimaiyyət qarşısında çıxış edənə qədər mən burada oturub gözləyəcəm”.

 

Xatırladaq ki, Mbappenin 2024-cü ilin fevral ayının ilk həftəsində “Real Madrid”lə müqavilə imzaladığı bildirilmişdi. Futbolçunun klubla müqaviləsi 5 illikdir.

 

25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. Onun təxmini dəyəri 180 milyon avrodur.

 

Fatimə Lətif

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla