AZ

“Özümüzü Premyer Liqaya hazır hiss edirik” – “Karvan”ın baş məşqçisi

“Mövsümün əvvəlində hədəfimizin çempionluq olduğunu açıqlamışdıq. Amma biz birinci ildir I Liqada iştirak edirik. Çalışırıq ki, mövsümü yüksək yerlərdə bitirək. İkinci dövrəyə yaxşı başlamışdıq. Daha sonra müəyyən xal itkilərimiz oldu. Heyətimiz elə də geniş deyil. Belə şeylər komandanın enişinə səbəb olur. Amma yenə də son turda çempionluğun iddialı komandalarından MOİK-i məğlub etməyi bacardıq. Qarşıdakı 6 turda da yaxşı nəticə qazanmağa çalışacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Karvan”ın baş məşqçisi Kənan Kərimov komandanın I Liqadakı durumu barədə danışarkən deyib. O, daha sonra Yevlax təmsilçisinin Premyer Liqa iddiasından söz açıb:

“Adımızın elitaya ilə hallanması bizim üçün sevindiricidir. Bilirsiniz ki, “Karvan” vaxtı ilə Premyer Liqada sözünü demiş klub olub. O vaxtdan bizim bazamız, şəraitimiz var.  Hazırda klub rəhbərliyi komanda üçün ikinci bazanı da tikir. Diqqət yüksək səviyyədədir. Müəyyən çatışmazlıqlarımız olsa da, ciddi şikayətimiz yoxdur. 

Özümüzü Premyer Liqaya hazır hiss edirik. Hazırda ən böyük problemimiz stadionun ot örtüyü ilə bağlıdır. Rəhbərlik də bu məsələyə ciddi yanaşır. Bir dəfə qazonu yenisi ilə əvəzləsək də, istənilən effekti vermədi. Ancaq Premyer Liqaya gəlsək, bunları həll edəcəyik. Mövsüm bitəndən yaranmış fasilədə bu problemi aradan qaldırmağa çalışacağıq”.

Həsən Quluzadə

 

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla