AZ

Atmosferə zəhərli qazlar buraxan avtomobillər saxlanıldı: sürücülərə xəbərdarlıq edildi - VİDEO

Mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinin aşkar edilməsi məqsədilə Baş DYP İdarəsinin bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir.

Avtosfer.az xəbər verir ki, növbəti belə tədbir zamanı Gəncə və Mingəçevir şəhər polis orqanlarının DYP əməkdaşları atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşını almaqla yanaşı, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlər aparıb, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratdığını onların diqqətinə çatdırıb.

 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla