AZ

"Xarkovun ikinci Hələb olmasına imkan verməməliyik" - Şəhər meri dəstək istədi

Ukraynanın ikinci böyük şəhəri Xarkov Rusiyanın bombardmanları nəticəsində xarabalığa çevrilmiş Suriyanın Hələb şəhərinin taleyini təkrarlaya bilər.

Azpost.info xəbər verir ki, bunu Xarkov meri İqor Terexov “The Guardian”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bunun baş verməməsi ABŞ-ın hərbi yardım göstərməsindən asılıdır.

“Xarkovun ikinci Hələbə çevrilməsinin qarşısını almaq üçün bu dəstəyə ehtiyacımız var. Ukrayna Silahlı Qüvvələrinin şəhərə raket hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri yoxdur. Rusiya da öz növbəsində taktikasını dəyişib və indi şəhərin enerji infrastrukturunu məhv etməyə çalışır, eyni zamanda yaşayış məntəqələrinə atəş açmaqla vətəndaşları qorxudur “, – Terexov bildirib.

Ukrayna və Qərb rəsmiləri “Bloomberg”ə deyiblər ki, Rusiya ordusu Xarkova hücuma hazırlaşır, lakin bu hücum başlamazdan əvvəl o, sakinləri şəhəri tərk etməyə məcbur etməyə çalışır, bu isə şəhəri yaşayış üçün yararsız edir.

Azpost.info

 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla