AZ

“Barselona” ÇL-də PSJ-yə məğlub olmaqla antirekordları sıraladı

UEFA Çempionlar Liqasının 1/4 finalında evdə PSJ-yə qarşı cavab oyunu “Barselona” üçün xoşagəlməz sonluqla başa çatıb.

Arena.az məlumat verir ki, ilk oyunda Parisdə 3:2 hesabı ilə qələbə qazanmış İspaniya çempionu evdə 1:4 hesabı ilə məğlub olub.

Nəticədə Kataloniya nəhəngi UEFA Çempionlar Liqasındakı mübarizəsinə xitam verib.

“Opta” statistik internet-portalının məlumatına görə, Çempionlar Liqasında statistik məlumatların toplanılmasına başlanılmış 2003/2004 mövsümündən bəri, “Barsa” yarışda ilk dəfə olaraq oyunda topa sahibolma nisbətində ən pis nəticəsini nümayiş etdirib.

Sözügedən komanda bu oyunda topa 33%, PSJ isə 67% sahib olub. Bir həftə əvvəl Parisdə keçirilmiş ilk oyunda da “Barselona” müvafiq göstəricidə hazırda artıq ikinci olan ən pis nəticəsinə imza atmışdı. Həmin oyunda “blauqrana” topa 41%, Fransa nəhəngi isə 59% sahib olmuşdu.

Daha bir bərbad nəticə isə “Barsa”nın ardıcıl beşinci mövsümdür ki, Çempionlar Liqasının yarımfinalına vəsiqə qazana bilməməməsidir.
Sonuncu dəfə “blauqrana” Çempionlar Liqasının yarımfinal mərhələsinə 2018/2019 mövsümündə çıxıb və burada “Liverpul”dan ümumi hesabda acı məğlubiyyət alıb (ilk oyun evdə 3:0, ikinci oyun səfərdə 0:4).

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla