AZ

Müştərilər “Bravo”nun qonağı oldu! - İLK DƏFƏ! + FOTO

Yarandığı gündən daima müştərilərinə həvəslə xidmət edib, onların sevərək alış-veriş etdiyi etibarlı brend olmağı hədəfləyən “Bravo” bu dəfə tam fərqli yeniliklə gəldi.

Bu il 8 yaşını qeyd edən “Bravo” növbəti illərin strategiyasını, hədəflərini, məhsul seçimini təyin etmək üçün müştərilərinə daha yaxın olmağı üstün tutdu. Müştəri məmnuniyyəti, razılığı “Bravo”nun əsas hədəflərindəndir. Alıcıları üçün xidmət səviyyəsini daha da mükəmməlləşdirib, onların məmnuniyyətini artırmaq məqsədilə “Bravo” onları baş ofisinə dəvət etdi. Müştərilər marketlər şəbəkəsi haqqında fikirlərini, təklif və tövsiyələrini birbaşa “Bravo” İdarə Heyəti ilə bölüşdülər.

Müştəri xidməti, bazar tendensiyaları, məhsul çeşidi, promo kampaniyalar kimi mövzuların müzakirə olunduğu görüş maraqlı və səmimi anlarla yadda qaldı.

Görüş zamanı “Bravo”da məhsul seçimi, keyfiyyət standartları, korporativ dəyərlər haqqında məlumatlar İdarə Heyəti tərəfindən müştərilərə ətraflı izah olundu, onları maraqlandıran bütün suallara cavab verildi.

Görüşün sonunda “Bravo”da eksklüziv olaraq təqdim olunan “Carrefour” brendinə məxsus qida və qeyri-qida məhsulları dəyərləndirilmək üçün müştərilərə hədiyyə olundu.

Qeyd edək ki, bu il 8 yaşını qeyd edən “Bravo” marketlər şəbəkəsi “Sonsuz sevgi və məmnuniyyət” prinsipi ilə müştərilərinə daima DOĞRU SEÇİM imkanlarını təklif etməyi hədəfləyib.

“Bravo” baş ofisində “Qonağımız olun” layihəsi mütəmadi olaraq keçiriləcək. Görüşdə iştirak etmək istəyən hər kəs sosial şəbəkə hesablarından ətraflı məlumat əldə edə və ya *2266 qaynar xəttinə zəng vura bilər.

Seçilən
55
5
Mənbələr
Şərh ()
Bağla