AZ

Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib 

17 Aprel - Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası təşkil olunub.
 
Agentlikdən Aztibb.az-a verilən məlumata görə, qurumun 50-ə yaxın əməkdaşı qanvermə aksiyasında iştirak edib.
 
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri tərəfindən götürülən qan nümunələri talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla