AZ

Əməkdar artist: “Bunu edib, özümü urvatdan salmaq istəmirəm”

“Hələ bir adam deyə bilməz ki, Gövhər kiminsə dalınca danışdı, kiminsə ayağından çəkdi, kiminləsə münaqişə yaşadı…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva deyib.

Səhhətində yaranan problemə görə verilişindən uzaqlaşan sənətçi yeni bir verilişə aparıcılıq edəcəyini bildirib:

“Səhhətimlə bağlı “Space” telekanalındakı verilişdən getdim. Şükür Allaha, indi yaxşıyam. Tamaşaçılar məni yenidən efirlərdə görəcək. Yeni bir təklif almışam, inşəallah, dəvəti gözləyirəm. Hər kəs bilir ki, mən dedi-qodu, qalmaqaldan uzaq adamam. Mənimki deyib-gülmək, izləyiciyə pozitiv enerji ötürməkdir. İnşəallah ki, yeni verilişimdə də bu ənənəni qoruyub, saxlayacağam. Bəri başlan deyim ki, mənim verilişimdə qalmaqal olmayacaq. Tanıyanlar da bilir, xaraktercə də qalmaqal adamı deyiləm. İllərdir ki, sənət aləmindəyəm. Hələ bir adam deyə bilməz ki, Gövhər kiminsə dalınca danışdı, kiminsə ayağından çəkdi, kiminləsə münaqişə yaşadı. Olmayıb, heç olmayacaq da… Çünki sənət adamı birinci növbədə özünə hörmət qoymalıdır. Özünə hörmət etməyən, dəyər verməyən insana başqası da hörmət etməyəcək. İllərlə qazandığım hörmət bir günün içində itirmək, özümü urvatdan salmaq istəmirəm”.

Cəvahir

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla