AZ

“Biz İsrailə SU-24-lə cavab verməyə hazırıq” – İran Hərbi Hava Qüvvələrinin komandanı

“iran İsrailin cavabına hazırdır”.

İnterpress.az İran xəbər agentliyi “Tasnim”ə istinadla xəbər verir ki, bunu İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi deyib.

“Su-24 də daxil olmaqla, bütün qırıcılarımız sionist rejimin istənilən əməliyyatına hazırdır.

İran Silahlı Qüvvələrinin genişmiqyaslı hücumu ilə üzləşməmək üçün düşmənə heç nə etməməyi tövsiyə edirik”, – Vahidi bildirib.

Vahidinin qeyd edib ki, “hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir”.

“Hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir və düşmən strateji səhv etmək istəsə, İran kompensasiyası mümkün olmayan zərbə vuracaq”, – Vahidi hədələyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla