İdman
Tanınmış futbolçu karyerasını bərpa etdi - oğlu ilə bir komandada olacaq
Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib.
Futbolpress.az xəbər verir ki, o, prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oyunlara çıxacaq.
D Seriyasında mübarizə aparan komandada Romarionun oğlu Romarinyo da forma geyinir.
Romario 1987-2005-ci illərdə Braziliya yığmasının uğurları üçün çalışıb. O, "Barselona", PSV, "Valensiya" kimi klublarda top qovub.