AZ

Rusiyanın Çerniqov şəhərinə raket hücumu – 11 ölü, 22 yaralı

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində azı 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşmüş hesab olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Hazırda təcili yardım xidmətləri şəhərə raket hücumlarının nəticələrini aradan qaldırır.Nazirin sözlərinə görə, dağıntılar altında hələ də insanlar var.

Axtarış-xilasetmə əməliyyatının davam etdiyini deyən Klimenko Rusiyanın raket hücumu nəticəsində həlak olanlar arasında 25 yaşlı polis leytenantının da olduğunu bildirib.

Seçilən
68
3
Mənbələr
Şərh ()
Bağla