AZ

"Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi - FOTO

"Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib.
 
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bank Yüzbaşov Şahin Şakir oğlu barədə Cəlilabad Rayon Məhkəməsində iddia qaldırıb.
 
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (kredit müqaviləsi üzrə mübahisələr) bağlıdır.
 
İddia hakim Vüsal Cəbrayılovun sədrliyi ilə araşdırılacaq.
 
Qeyd edək ki, Cəlilabad rayon sakini olan Ş.Yüzbaşov Vətən müharibəsi qazisidir. O, Vətən müharibəsinə könüllü olaraq qatılıb və döyüşlərin birində yaralanıb. Evin tək övladı olan Ş.Yüzbaşov 3-cü qrup əlildir. Uşaq yaşlarında atasını itirən Ş.Yüzbaşovu anası böyüdüb. Amma onun anası indi ağır yataq xəstəsidir. 
 
Xatırladaq ki, bu ilin əvvəlində "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev Vətən müharibəsi qazilərinin kredit borclarının silinəcəyini bildirib. 
 
"Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi
Seçilən
88
7
Mənbələr
Şərh ()
Bağla