AZ

Kameradan yayınan sürücülər maşını çəpəki saxlayıb zolağı kəsdilər - FOTO

Bakıda dayanma-durma qaydasını pozan sürücülərin fotolarını oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, 77-HA-030 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü paytaxtın Mirzəağa Əliyev küçəsində qaydaları pozub. O, 3.27 nişanının təsiri sahəsində, eyni zamanda velosiped zolağında avtomobili bucaq altında park edərək hərəkəti məhdudlaşdırıb. Həmçinin 77-DD-638 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü paytaxtın Azadlıq prospektində eyni qayda pozuntusu törədib. Cərimədən yayınmağa çalışan sürücü avtomobili bucaq altında park edib ki, kamera qeydiyyat nişanını çəkə bilməsin.

 

Leyla

FOTO QALEREYA
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla