AZ

Azərbaycanda tükürpədici OLAY – Ana azyaşlı qızını 50 yaşlı kişiyə verib “onunla nə edirsən, et” DEDİ 

Azərbaycanda tükürpədici hadisə baş verib. Ana yeniyetmə qızını pul qarşılığında tanıdığı kişiyə satıb. 

Bu barədə Bizim.Media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova  məlumat verib.

Onun sözlərinə görə zorakılığa məruz qalan yeniyetmə qollarını doğrayaraq özünə xəsarətlər yetirib:

“Valideynləri boşandıqdan sonra Zəhra (ad şərtidir) rayonda anası ilə yaşayıb. Bir müddət keçəndən sonra anası onu tanıdığı bir kişiyə (40-50 yaş) təhvil verib və “onunla nə edirsən et” deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi yeniyetmə qıza “bədənini sat, pulu birgə bölərik” deyib. Bu sözləri eşidən Zəhra qollarını doğrayaraq Bakıya qaçıb”.

Mehriban Zeynalovanın sözlərinə görə Bakıda azyaşlının həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub:

“Onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın danışdıqları və yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağına ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır”, deyə Birlik rəhbəri əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media
 

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla