AZ

“Sxadadzeni də tənqid edirik, amma reallıq odu ki...”

“Qəbələ” heç cür uğursuzluq zolağından çıxa bilmir.

Rəhbərliyin təcrübəli gürcü mütəxəssis Kaxaber Sxadadzeni “sükan arxasına” gətirməsinin də faydası dəymədi. “Sarı-qırmızılar” “Turan Tovuz”la ev oyununda da qələbəyə həsrət qaldı. Bəs bu uğursuluğun, məğlubiyyətlərin səbəbkarı kimdi? Klubun “Red-Black Army” azarkeş qrupunun idarəçilərindən olan Nəriman Təbrizlə danışdıq:

“Uğursuzluq qaçılmazdı. Komandada vəziyyət heç də ürəkaçan deyil. Günahkar çoxdu, ancaq günahkarı axtarmaq yox, toparlanmaq lazımdı. Yerli futbolçular elə ötənilkilərdi, ikisi xaric. Ona görə əsas səbəb keyfiyyətli legionerlərin yerinə gətirilən keyfiyyətsiz legionerlərdi. Kaxaber Sxadadzeni də tənqid edirik, amma reallıq odu ki, bu futbolçular onun sxeminə yğun gəlmir. Komanda elitada qalsa, Sxadadze sıfırdan yeni heyət quracaq. Onda onun işinə qiymət vermək olar. Amma komanda 1-ci liqaya düşsə, qətiyyən Sxadadzenin qalmasını istəmirik. Komandanı 1-ci liqada Famil Xəlilov çalışdırmalıdı. Səbəb budu ki, komandanın onurğa sütunu əvəzedicilər olacaq. Belədə əvəzedicilər liqasında çempionluq mübarizəsi aparan adamı komandaya gətirmək daha məqsədəuyğundu. Çempionatda sonuncu olan, 8 oyuna 7 məğlubiyyət alan adamla niyə 1-ci liqada oynayasan?! Sxadadze hansı gəncləri yaxşı tanıyır?”

KAMAL SƏFƏR
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla