AZ

Çalışdıq, gərgin anlar yaşadıq, amma bir oyunçunu itirəndə hər şey çətinləşir

“Barselona”nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab matçından (1:4) sonra fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu belə komandaya qarşı azlıqda oynamağın çətin olduğunu bildirib:

“Belə keyfiyyətli komanda ilə və onlar kimi oyunçulara qarşı 70 dəqiqə azlıqda oynamaq çətindir. Çalışdıq, gərgin anlar yaşadıq, amma bir oyunçunu itirəndə hər şey çətinləşir”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – PSJ matçlarında kataloniyalılar ümümi hesabda 4:6 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıblar.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla