AZ

Valideyn öz övladından imtina edə bilər? - AÇIQLAMA

Valideyn öz övladından imtina edə bilər? - AÇIQLAMA

Övladlıqdan imtina ictimaiyyət arasında istifadə olunan bir anlayışdır. Övladlıqdan imtina həmişə müəyyən bir səbəbə görə olmur. Bəs valideyn qanunvericiliklə övladından imtina edə bilər? Hansı hallarda valideyn uşağını övladlıqdan rədd edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Rövşən Qasımovun sözlərinə görə, heç bir halda valideyn uşağını övladlıqdan məhrum edə bilməz:

"Qeyd etmək istəyirəm ki, Azərbaycan qanunvericliyində valideynin uşağını övladlıqdan rədd etməsi kimi bir qanun yoxdur. Övladlıqdan rədd edilməsinə uyğun gələn vəziyyət, Mülki Məcəlləmizdə yer alan ləyaqəsiz vərəsiz anlayışıdır. Qanunda nəzərdə tutulmuş şərtlər olduqda, valideyn pay varisini vərəsədən məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum edilmiş vərəsə qanunla hüququ olan mirasdan öz payını ala bilmir. Qanunla müəyyən edilmiş əsaslar olduqda şəxs öz övladını vərəsədən məhrum edə bilər. Eyni zamanda şəxsin ləyaqəsiz vərəsə elan oluması yalnız məhkəmə qərar verə bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Şəxs o zaman ləyaqətsiz vərəsə sayılır ki, onun miras qoyana qarşı törətdiyi qanunsuz hərəkətləri qəsdən törədilmiş olsun. Yəni ləyaqətsiz vərəsə öz qanunsuz hərəkətlərini törətməklə müəyyən məqsəd güdür. Ləyaqətsiz vərəsələr həm qanun üzrə vərəsələr, həm vəsiyyət üzrə vərəsələr, o cümlədən vəsiyyətnamədə vərəsə kimi göstərilmiş kənar şəxslər ola bilərlər".

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla