AZ

Haaland bu şirkətin investoru oldu

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland saç lentləri istehsal edən şirkətə sərmayə qoyub.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Dünya futbolunun ən yaxşı hücumçularından biri saç aksesuarları satışı üzrə ixtisaslaşan "Bon Dep" brendinin minoritar investoru olub. Şirkətin gəliri 23 yaşlı Haaland məhsullardan istifadə etməyə başladıqdan sonra artmağa başlayıb. Futbolçu uzun saçlarını topuz halına salaraq oynayır və "Kknekki" adlı elastik bantdan istifadə edir.

"Bon Dep" cari 7 milyon funt olan illik dövriyyəsini ikiqat artırmağı planlaşdırır.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla